Zaqatalada keçmiş məhkum  görün nəyə görə tutuldu
16 iyun 2023 16:14 (UTC +04:00)

Zaqatalada keçmiş məhkum görün nəyə görə tutuldu

0

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Zaqatala şəhər sakini Rafael Heydərov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərində daşıdığı kisədən 3 kiloqramdan artıq marixuana aşkar edilib. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 14303

Oxşar yazılar