Sel basan ərazi
04 iyul 2022 10:29 (UTC +04:00)

Sel basan ərazi

Zaqatalada FƏLAKƏT: ağaclar aşdı, kəndləri sel basdı, yol bağlandı - VİDEO

Zaqatala aramsız yağışlar nəticəsində rayonun bəzi ərazilərini sel basıb.

Lent.az xəbər verir ki, gecədən yağan aramsız yağışlar Zaqatala-Yevlax magistral yolunda fəsadlar törədib.

Belə ki, magistralın Lahıc kəndindən keçən hissəsində iri gövdəli ağaclar yola aşıb. Nəticədə magistralda qısa müddətlik hərəkət dayanıb. 

Bundan başqa rayonun Yuxarı Çardaqlar, Muxax, Qımır, Bazar və Çobankol, Mamrıx, Bəhmətli və Lahıc kəndlərinin ərazisinə yağan leysan yağışları nəticəsində ümumilikdə 200-ə yaxın evin həyətyanı sahəsinə yağış suları dolub. Həyatyanı sahələrdəki təsərrüfatlara və əkin sahələrinə ziyan dəyib. Güclü külək səbəbindən rayon ərazisində bir neçə yerdə iri gövdəli ağac yıxılıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Fotoları təqdim edirik:

Zaqatalada sel fəlakəti

Zaqatalada sel fəlakəti

# 11400
avatar

Mehman Nəbiyev

Oxşar yazılar