Zaqatala xəstəxanasında 2-ci uşaq ölümü - RƏSMİ AÇIQLAMA  - YENİLƏNİB
08 yanvar 2025 20:45 (UTC +04:00)

Zaqatala xəstəxanasında 2-ci uşaq ölümü - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Zaqatala xəstəxanası bu gün baş verən uşaq ölümünə aydınlıq gətirib. 

Xəstəxanadan Lent.az-a verilən məlumata görə, Zaqatala rayon Danaçı kənd sakini,  2022-ci il təvəllüdlü şəxs (kişi cinsli) "boğulma, təngnəfəslik, hərarətin yüksək olması, tənəffüs çatmamazlığı" şikayəti ilə 08.01.2025-ci il saat 12:51 radələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasının  TTY şöbəsinə daxil olub.

Vəziyyətinin ağırlığı ilə əlaqədar, saat 13:00 radələrində Anesteziologiya  reanimasiya və intensiv terapiya şöbəsinə hospitalizasiya olunub. Xəstəyə "Bronxopnevmaniya, tənəffüs çatmamazlığı, larinqospazm" diaqnozu qoyulub.

Aparılan müalicə və reanimasiyon tədbirlərə baxmayaraq, 19:10 da xəstədə ölüm faktı qeydə alınıb. Hüquq mühafizə orqanlarına dərhal məlumat verilib.

***

Saat 19:50

Zaqatalada daha bir uşaq ölümü qeydə alınıb. 

Lent.az xəbər verir ki, hadisə Zaqatala Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. 

Rayonun Danaçı kənd sakini, 2 yaşlı Maxac rayon xəstəxanasında dünyasını dəyişib. 

Uşağın ölümünün səbəbi hələlik məlum deyil. 

Məlumata görə, azyaşlı ağır pnevmaniya ilə xəstəxanaya daxil olub, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, ötən gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeysəriyyə yolu ilə dünyaya gələn körpə ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14467

Oxşar yazılar

Əxlaqsız paylaşım  edən gəncləri vəhşicəsinə döydü

Əxlaqsız paylaşım edən gəncləri vəhşicəsinə döydü

12 iyun 2025 , 13:38
Bakıda mağazada FACİƏ:  cərəyan vurub öldürdü

Bakıda mağazada FACİƏ: cərəyan vurub öldürdü

12 iyun 2025 , 12:56
AQubada meyiti tapılan gənclə bağlı ŞOK DETALLAR  - YENİLƏNİB

AQubada meyiti tapılan gənclə bağlı ŞOK DETALLAR - YENİLƏNİB

12 iyun 2025 , 11:32
İranla sərhəddə ƏMƏLİYYAT

İranla sərhəddə ƏMƏLİYYAT

12 iyun 2025 , 11:05
Bakıda uşaq bağçasında ÖLÜM

Bakıda uşaq bağçasında ÖLÜM

12 iyun 2025 , 10:56
Tiktokda ucuz telefon  satan dələduz tutuldu

Tiktokda ucuz telefon satan dələduz tutuldu

12 iyun 2025 , 10:50
Goranboyda FACİƏ:  körpə qıcolmadan  öldü

Goranboyda FACİƏ: körpə qıcolmadan öldü

12 iyun 2025 , 10:28
Goranboyda kişi zəhərlənib öldü

Goranboyda kişi zəhərlənib öldü

12 iyun 2025 , 09:50