İyunun 10-da saat 18:30-da Yevlax rayonu ərazisində 24 yaşlı Abışov Elmir Habil oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı Abdullayev Tahir Ceyhun oğlu saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.