Yevlax sakinində 2 kilo narkotik aşkar edildi
25 sentyabr 2023 09:20 (UTC +04:00)

Yevlax sakinində 2 kilo narkotik aşkar edildi

Bərdə Rayon Polis Ṣöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən ṣəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Teymur Əkbərov saxlanılıb. Onun əlində olan sellofan torbaya baxış zamanı 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2343
avatar

Arzu Qurbanlı

Oxşar yazılar