İsrail polisi 40 yaşlı qadını zorlamaqda şübhəli bilinən 16 yaşlı iki gənci saxlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qadın bildirib ki, zorlayanlar oğlunu qonşu binalardan birinin zirzəmisinə salıblar. O, həmçinin iddia edir ki, şübhəlilər onu ayağından bıçaqlayıb, polisə getdiyi təqdirdə daha pis nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq ediblər.
Polis cinayətdə başqa yeniyetmələrin də əli ola biləcəyini istisna etmir.
Eyni zamanda, istintaq orqanları şübhəlilərin hamısının Katzrin şəhər sakinləri olduğuna əmindir.
Hadisə şəhərdə böyük rezonans doğurub. Yerli şuranın sədri hətta xüsusi açıqlama da verib: “Hüquq-mühafizə orqanları təfərrüatlarının dərci qadağan olunan işi araşdırır, yerli şura bütün lazımi məlumatları alır. Qeyd etmək istəyirəm ki, Katzrin sakinləri üçün heç bir təhlükə yoxdur. Sosial şəbəkələr vasitəsilə baş verənlərlə bağlı şayiələr yaymaq cəhdi məsuliyyətsizlikdir. Yerli şura araşdırmanın gedişinə nəzarəti davam etdirəcək və lazım gəldikdə vətəndaşlara məlumat verəcək”.
Katzrində deyirlər ki, söhbət çətin maddi vəziyyətdə olan tək anadan gedir.