Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2008-ci il təvəllüdlü Leyla Məmmədova yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.