Yemək hazırlamadığı üçün arvadını binadan atdı
28 avqust 2023 14:10 (UTC +04:00)

Yemək hazırlamadığı üçün arvadını binadan atdı

Sankt-Peterburqda məişət münaqişəsindən sonra çoxsaylı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Kupçinskaya küçəsində baş verib. Burada 43 yaşlı qadın üçüncü mərtəbənin pəncərəsindən yıxılıb. Zərərçəkənin dediyinə görə, əri onu bayıra atıb. Buna səbəb ərinə şam yeməyi hazırlamaması olub.

Qadın tibb müəssisəsinə çatdırılıb, ona kəllə-beyin travması, çanaq sümüklərinin sınığı, hematoma və bir sıra digər xəsarətlər diaqnozu qoyulub.

Polis tez bir zamanda hadisəni törədən şəxsi həbs edib. Onun 49 yaşlı fəhlə olduğu üzə çıxıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən lazımi tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2253
avatar

Oxşar yazılar