Yasamalda yanğına görə 4 nəfər təxliyə edildi
07 iyul 2023 20:33 (UTC +04:00)

Yasamalda yanğına görə 4 nəfər təxliyə edildi

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospekti, 32 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub. 

Lent.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacları və kabellərində yanğın baş verdiyi müəyyən olunub. 

FHN əməkdaşlarının çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanə FHN-in qüvvələri tərəfindşn qatı tüstülənmə səbəbindən təhlükəli vəziyyətdə qalan 1  nəfər bina sakini xüsusi vasitələrin köməyi ilə xilas edilib, 3 nəfər vətəndaş isə binadan təhlükəsiz  əraziyə təxliyə edilib.

Yanğın nəticəsində 5 ədəd elektrik sayğacı və kabel 5 p.m. yanıb, mənzillər yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2686

Oxşar yazılar