İyulun 22-də Yasamal rayonu ərazisində yerləşən avtosalonların birindən üzərində dövlət qeydiyyat nişanları olmayan “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Həsənov avtomobillə birgə saxlanılıb.
Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.