Yaraqlılar fabrikə hücum etdi:  4 polis, 2 mühafizəçi  öldürüldü
23 may 2023 15:33 (UTC +04:00)

Yaraqlılar fabrikə hücum etdi: 4 polis, 2 mühafizəçi öldürüldü

İslamçı yaraqlılar Pakistanın şimal-qərbində təbii qaz və neft zavoduna basqın edərək 4 polis və iki mühafizəçini öldürüblər. 

Lent.az-ın xarici mediasına istinadla məlumatına görə, qeyd olunur ki, 50-yə yaxın yaraqlı Əfqanıstan sərhədinə yaxın Qanqa bölgəsində MOL Pakistan Oil and Gas Company zavoduna hücum edib.

Polis M-8 və M-10 quyularının ağır silahlardan atəşə tutulduğunu bildirib.

"M-8-dəki mühafizəçilər terror hücumunu dəf edib, lakin M-10-da itkilər var", - polis sözçüsü İrfan Xan bildirib.

Onun sözlərinə görə, yaraqlılar gəldikləri yaxınlıqdakı Şimali Vəziristana qaçmazdan əvvəl günəş elektrik stansiyasına da ziyan vurublar.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1595

Oxşar yazılar