Xocavənddə çoban faciəli şəkildə ölüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə bir neçə dəqiq əvvəl rayonun Ağburun adlanan ərazisində baş verib. Orada heyvan otaran 51 yaşlı Elşən Hümbətov partlayıcı sursat tapıb. O, sursatla ehtiyatsız davrandığı üçün partlayış olub. Nəticədə E. Hümbətov hadisə yerində vəfat edib.
Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər.Təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.
Araşdırma aparılır.