Xırdalanda  yaşayış binasında yanğın söndürülüb-VİDEO -YENİLƏNİB
09 fevral 2025 14:03 (UTC +04:00)

Xırdalanda yaşayış binasında yanğın söndürülüb-VİDEO-YENİLƏNİB

Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

FHN Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onüçmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 35kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 10 nəfər bina sakini təxliyə edilib.

Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

***

saat 13.17

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

saat 13.09

Xəbərə video əlavə edilib.

***

saat 13.01

Xırdalanda "Kristal Abşeron 1" yaşayış binasında yanğın başlayıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yanğın binanın 10-cu mərtəbəsində baş verib.

Hadisə yerinə yanğınsşndürmə briqadaları cəlb olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971

Oxşar yazılar