Zorlanan qızını öldürən anaya <span style="color:red;">11 İL HƏBS CƏZASI
23 yanvar 2017 14:17 (UTC +04:00)

Zorlanan qızını öldürən anaya 11 İL HƏBS CƏZASI

Qızını qətlində təqsirləndirilən Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Cəfərovaya 11 il həbs cəzası verilib.

 

Qeyd edək ki, bu il avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub. İddialara görə, Ehsanə Cəfərovanın bibisi oğlu tərəfindən zorlandığını bildirilir. Və qeyd edilir ki, anası da bu səbəbdən qızını öldürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Səlcuq Elçin

Oxşar yazılar