Zığ qəsəbəsində torpaq sürüşməsi oldu
08 avqust 2015 02:48 (UTC +04:00)

Zığ qəsəbəsində torpaq sürüşməsi oldu

Suraxanı rayonu Zığ qəsəbəsində torpaq sürüşməsi baş verib.

 

ANS TV-nin məlumatına görə, sürüşmə nəticəsində fərdi yaşayış evlərinin sakinləri mənzillərindən çölə çıxmalı olub.

 

Belə ki, dağın ətəyindəki daş parçalarından biri qoparaq aşağı düşüb. Bu zaman evlərdə titrəmə hiss olunub.

 

Sakinlər deyir ki, ərazidə bu hadisə birinci dəfə deyil ki, qeydə alınır. Buna görə də ev sahibləri mənzil tikdirmizdən öncə bənd bərkitmə işləri aparır. Amma buna baxmayaraq həmin bəndlərdə artıq çatlar əmələ gəlib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirlyindən bildirildi ki, keçən ildən etibarən Zığ qəsəbəsi ərazisində sürüşmə aktivləşib. Qurumun baş geoloqu Ələmdar Paşayevin sözlərinə görə, Zığ yamacındakı sürüşmə zonası tektonik qırılmalarla əlaqədar olan ərazidir. Həm də oradan iri tektonik qırılma keçir: “İyul ayında ərazidə aparılan monitorinqin nəticələrinə görə, 7-17 milli metr çatlarda genişlənmə baş verib”. Bundan başqa geoloq onu da əlavə etdi ki, Zığ qəsəbisinə sonradan əhalinin köçməsi, çirkab sularının əraziyə axıdılması və yağış sularının təsirindən proses daima aktivləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28