Zığ qəbiristanlığında, şam ağacının altında...
14 avqust 2016 18:28 (UTC +04:00)

Zığ qəbiristanlığında, şam ağacının altında...

0

Bir müddət əvvəl Bakıda dələduzluq əməlinə görə həbs edilən şəxs gizlətdiyi silahın yerini deyib. Lent.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə həbs edilən və 3 saylı İstintaq Təcridxanasında saxlanılan Buzovna qəsəbə sakini Məmmədov Ramil Mansur oğlu bildirib ki, AK markalı avtomatı Zığ qəbiristanlığında, şam ağacının altında basdırıb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edilən ərazidə qazıntı aparıb və avtomatı götürüblər.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 251

Oxşar yazılar