Bu gün səhər saatlarında İmişlidə baş vermiş yeraltı təkanlar İran ərazisində də hiss olunub. Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, İranın Parsabad şəhərində 1 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb.
Qeyd edək ki, səhər saatlarında İmişli rayonunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da 5.6 maqnitudada qeydə alınıb. Zəlzələ yaxın ərazilərdə 4 bala kimi hiss olunub.