İyunun 13-də Ağcabədi şəhərində baş vermiş yol qəzasında yaralanan şəxs ölüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 13-də Ağcabədi şəhərində rayon sakinləri İqbal İslamovun, Rəhim Həsənovun və Qurban Əsədovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş Q.Əsədov iyunun 19-da ölüb.
Araşdırma aparılır.