Bakı-Qazax magistral avtomobil yolunda iki nəfərin ölümü, iki nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə hadisə bu gün axşam saat 22:00 radələrində yolun 360-cı kilometrliyində, Goranboy rayonunun Goran qəsəbəsində qeydə alınıb. Goranboy sakini 1984-cü il təvəllüdlü Rəşad Həsənovun idarə etdiyi 05-CG-489 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn 05-AC-255 dövlət nömrə nişanlı “KAMAZ” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində yol bağlandığı üçün hərəkətdə olan 10-RT-689 dövlət nömrə nişanlı “Mersedes” markalı maşının sürücüsü, Quba sakini 1990-cı il təvəllüdlü Şaiq Süleymanov avtomobilini yolun ortasındakı “KAMAZ” a çırpıb. Nəticədə “VAZ 2107”nin sürücüsü Rəşad Həsənov və sərnişini Mübariz Tağıyev dünyasını dəyişib, sərnişin Fariz Abbasov və “Mersedes”in sürücüsü Şaiq Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “KaMAz”ın sürücüsü isə hadisə yerindən qaçdığı üçün onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Magistral yol bir müddət bağlı qalsa da sonradan nəqliyyatın hərəkəti bərpa edilib.
Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.