Yaponiyanın “Hideaki Takayanagi Architects” memarlıq şirkətinin mütəxəssisləri ölkədə torpaq sahəsinin bahalığını nəzərə alaraq, kiçik ərazidə tikilə biləcək evin layihəsini hazırlayıblar.
Lent.az-ın “azərtaca” istinadən məlumatına görə, “Life in Spiral” adlandırılan 4 mərtəbəli yaşayış evinin sahəsi 109 kvadratmetrdir. Ev bütünlüklə polad nazik təbəqələrdən quraşdırıldığından xeyli yüngüldür.
Ekspertlərin qənaətinə görə, ölkə ərazisində tez-tez zəlzələ baş verdiyindən bu tip evlərə ehtiyac daha çoxdur.
Binanın iki fasadı tamamilə şüşədən ibarətdir. Birinci mərtəbədə kabinet, ikincidə isə qonaq və mətbəx otaqları yerləşir. Ev 3-cü mərtəbəsində yataq və vanna, sonuncu mərtəbədə isə daha 2 yataq otağına malikdir.