Zaqatalada qəzaya düşənin qolu amputasiya edildi
05 iyul 2015 22:58 (UTC +04:00)

Zaqatalada qəzaya düşənin qolu amputasiya edildi

Zaqatalada baş verən yol qəzasında ikisi ağır olmaqla üç nəfər xəsarət alıb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

Yevlax rayon sakini, 1966-cı il təvəllüdlü,  Xəlil Hüseyn oğlu Kərimov idarə etdiyi “VAZ 2109” markalı 02 BH 884 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın çayın üzərindəki körpünün dəmir məhəccərlərini qıraraq yolun kənarındakı dərəyə yuvarlanıb.

 

Qəza nəticəsində sürücü Xəlil Kərimov, avtomobildə olan sərnişinlər, sürücünün yeznəsi Yevlax rayon sakini 1954-cü il təvəllüdlü Qaryağdı Camal oğlu Bəşirov və Bakı şəhər sakini 1961-ci il təvəllüdlü, Məlahət Məmmədhəsən qızı Əsgərzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
 

Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan Xəlil Kərimovun xəsarətləri yüngül olduğundan ona ilkin tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Qaryağdı Bəşirovun sağ qolu dirsəkdən yuxarı amputasiya edilib, Məlahət Əsgərzadə isə aşağı və yuxarı ətrafın sınığı diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

 

 
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar