Zaqatalada idman müəlliməsi qohumunu bıçaqlayaraq öldürdü  - <span style="color:red;">YENİLƏNİB
12 avqust 2015 01:21 (UTC +04:00)

Zaqatalada idman müəlliməsi qohumunu bıçaqlayaraq öldürdü - YENİLƏNİB

0

Zaqatalada 48 yaşlı kişini qətlə yetirən şəxsin kimliyi məlum olub. Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 48 yaşlı Qazıməhəmməd İbrahimovu onun elə qohumu, kənd sakini 1984-cü il təvəllüdlü Günel Ömər qızı İsgəndərova tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Məlumatda bildirilir ki, qətl şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən  Qazıməhəmməd İbrahimov bir-neçə il əvvəl həyat yoldaşından ayrılıb.  Qətli törədən Günel İsgəndərova 3-cü Tala kənd orta məktəbində idman müəlliməsi işləyir. Hal-hazırda körpə uşağı olduğu üçün analıq məzuniyyətindədir. 

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

 

 

**** 00.01

 

 

Zaqatalada 48 yaşlı kişi qətlə yetirilib.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 11-i axşam 22 radələrində  rayonun 3-cü Tala kənd sakini 1967-ci il təvəllüdlü Qazıməhəmməd Nəsrullah oğlu İbrahimovun döş qəfəsinin sol tərəfindən bıçaqlanaraq qətlə yetirilmiş meyiti xəstəxananın morquna daxil olub. Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun 3-cü Tala kəndində baş verib.

 

Hazırda Zaqatala RPŞ-nin və rayon prokurorluğunun əməkdaşları hadisənin hansı şəraitdə baş verməsini araşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar