Zaqatalada bıçaqlanma
29 oktyabr 2013 13:21 (UTC +04:00)

Zaqatalada bıçaqlanma

Zaqatalada bıçaqlanma hadisəsi qeydə alınıb. Mərkəzi Rayon  Xəstəxanasından APA TV-yə verilən məlumata görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Hacıyev Rəhman Xalid oğlu döş qəfəsinin sağ tərəfinin onuncu qabırğası nahiyyəsindən kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya gətirilib.

 

Əməliyyatdan sonra zərərçəkən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onu vəziyyəti orta-ağır hesab olunur.

 

Zaqatala Rayon Polis Şöbəsindən bildiriblər ki, faktla bağlı cinayət işi açılıb. Polis Rəhman Hacıyevi bıçaqlayan şəxsi axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 962
avatar

Oxşar yazılar