Zaqatalada 32 yaşlı kişi bıçaqlandı
29 oktyabr 2013 08:54 (UTC +04:00)

Zaqatalada 32 yaşlı kişi bıçaqlandı

Zaqatalada bıçaqlanma hadisəsi qeydə alınıb. Zaqatala Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 01.40 radələrində Zaqatala şəhəri, Nizami 2 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Hacıyev Rəhman Xalid oğlu döş qəfəsinin sağ tərəfinin onuncu qabırğası nahiyyəsindən kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya gətirilib.

 

Əməliyyatdan sonra R.Hacıyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onu vəziyyəti orta-ağır hesab olunur.

 

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildiriblər ki, faktla bağlı cinayət işi açılıb. Polis R.Hacıyevi bıçaqlayan şəxsi axtarır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178
avatar

Oxşar yazılar