Zaqatalada 10 yaşlı uşağı it dişlədi
20 may 2016 23:07 (UTC +04:00)

Zaqatalada 10 yaşlı uşağı it dişlədi

0

Zaqatalada 10 yaşlı uşağı it dişləyib.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 20-i axşam saat 20:30 radələrində Zaqatala şəhər sakini, 2006-cı il təvəllüdlü Yəhyə Samir oğlu Məmmədov it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 10 yaşlı Yəhyə Məmmədova qonşusunun iti hucum edərək onun bel nahiyəsindən dişləyib.

 

Yəhyə Məmmədova xəstəxanada lazımi tibbi yardım göstərilib, ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar