Baş prokuror Zakir Qaralov İmişlidə vətəndaşları qəbul edəcək. Lent.az-ın Baş Prokurorluğun saytına istinadən məlumatına görə, iyulun 24-də saat 11:00-da İmişli rayon Prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda İmişli, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşlar iştirak edəcəklər.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İmişli şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.