Zakir Qaralov nazirlikdəki korrupsiya şəbəkəsindən danışdı
05 fevral 2016 18:55 (UTC +04:00)

Zakir Qaralov nazirlikdəki korrupsiya şəbəkəsindən danışdı

0

"2015-ci ildə prezident İlham Əliyevin  siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli tədbirlər davam etdirilib".

 

Lent.az xəbər verir ki, bu sözləri bu gün Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında baş prokuror Zakir Qaralov deyib. Z.Qaralov əlavə edib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi müsbət iş göstəricisidir: “Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanmasında iştirak etmiş korrupsiya şəbəkəsi üzvlərinin qanunsuz əməllərinin ifşa edilməklə barələrində qısa müddətdə qanunamüvafiq tədbirlərin görülməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar