Nazir mənəvi-psixoloji vəziyyətə cavabdeh olan zabitləri Bakıya topladı
30 avqust 2014 10:27 (UTC +04:00)

Nazir mənəvi-psixoloji vəziyyətə cavabdeh olan zabitləri Bakıya topladı

Avqustun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəxsi heyətlə iş üzrə bölük komandiri müavinlərinin təkmilləşdirmə kursunun ilk məzunları ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan nazir çıxışında orduda aparılan son islahatlardan, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji tərbiyəsində qarşıda duran mühüm vəzifələrdən danışıb.

Görüşün sonunda müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev nazirin çıxışının, dəyərli tövsiyə, göstəriş və tapşırıqlarının zabitlər üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb. O, müdafiə nazirini əmin edib ki, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh olan zabitlər qarşıya qoyulan bu mühüm vəzifə və tapşırıqların uğurla yerinə yetirilməsində dəyərli töhfələrini əsirgəməyəcək və şəxsi heyəti qarşıda duran mühüm vəzifənin yerinə yetirilməsinə səfərbər edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147

Oxşar yazılar