Zakir Həsənov və Nəcməddin Sadıqov rusiyalı həmkarlarına başsağlığı verdi
13 iyul 2015 19:49 (UTC +04:00)

Zakir Həsənov və Nəcməddin Sadıqov rusiyalı həmkarlarına başsağlığı verdi

0

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Azərbaycan müdafiə nazirinin I müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Rusiya müdafiə naziri Sergey Şoyqu və  onun I müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimova Omsk şəhərindəki hərbi hissədə insan itkisi ilə nəticələnən bədbəxt hadisəyə görə başsağlığı məktubu ünvanlayıblar.

 

Lent.az-ın Nazirliyin saytına istinadən xəbərinə görə, məktubda deyilir:

 

“Rusiya Federasiyası Hava Desant Qoşunlarının təlim mərkəzindəki kazarmanın uçması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar barədə xəbər bizi sarsıtdı. Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımızdan və Silahlı Qüvvələrin şəxsi heyəti adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar