Ağcabədidə mal-qara oğruları tutuldu
19 fevral 2016 13:05 (UTC +04:00)

Ağcabədidə mal-qara oğruları tutuldu

0

Ağcabədi rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 14-də Bulud Quliyevin 67 qoyununu oğurladığına görə tutulmuş Aydın Şirinovun ətrafında Ağcabədi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qeyd edilən cinayət əməlini Kürdlər kənd sakinləri Hikmət Hüseynov və Fərrux Hüseynli ilə birgə törətməsi müəyyən edilib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Hüseynov və F.Hüseynli də tutulublar.

 

Onların Y.Xəlilova məxsus 26 qoyunu, S.Quliyevə məxsus 38 qoyunu, M.Tagıyevə məxsus 5 inəyi, habelə 2015-ci il ərzində rayon sakinləri X.Hüseynova məxsus 38 qoyunu, Ş.Rzayevə məxsus 21 qoyunu, P.Məmmədova məxsus 15 baş qoyunu, Ş.Bayramova məxsus 63 qoyunu və cari il yanvar ayının 11-də İ.Cəfərova məxsus 1 inəyi oğurlamaları da müəyyən edilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar