Yunanıstana iki günə 7,16 mlrd avro veriləcək
17 iyul 2015 20:33 (UTC +04:00)

Yunanıstana iki günə 7,16 mlrd avro veriləcək

0

Aİ Yunanıstana bazar ertəsinədək  7,16 mlrd avro məbləğində maliyyə yardımı  ayıracaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının vahid Avropa valyutası üzrə vitse-prezidenti Valdis Dombrovskis bildirib.     

 

“Bizim əlimizdə Yunanıstanın ilkin maliyyələşdirilməsi üçün EFSM kreditinə əsaslanan razılaşma var.  Bu razılaşma Aİ-nin 28 üzv ölkələri tərəfindən dəstəklənib və Yunanıstanı təcili defoltdan xilas edir.  Bu o deməkdir ki, Yunanıstan bazar ertəsinədək  7,16 mlrd avro əldə edəcək”, deyə o qeyd edib.  

 

Bundan  başqa Yunanıstan banklarının iyulun 20-dən etibarən fəaliyyətinin bərpa olunacağı bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar