Yumruqla vurub pulunu və telefonunu aldılar
Yasamalda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə Bakı sakini F.Cəfərov Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edib. O, sentyabrın 9-da gecə saatlarında 2 naməlum şəxsin onun sifətinə yumruq vuraraq 700 manat pulunu və mobil telefonunu aldığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş C.Tapdıqzadə və M.Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
Mehman Nəbiyev
403