Yük maşını ilə toqquşan mikroavtobusun sürücüsü ölüb
06 oktyabr 2019 20:12 (UTC +04:00)

Yük maşını ilə toqquşan mikroavtobusun sürücüsü ölüb

0
 
 
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində "Ford" markalı mikroavtobus və "Kamaz" markalı yük maşını toqquşub.
 
Mikroavtobusun sürücüsü, 1986-cı il təvəllüdlü Mirzə Əlövsət oğlu Mirzəyev ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 737

Oxşar yazılar