Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayon ərazisində "Qaz 53" markalı yük maşını sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə yük maşının sürücüsü olan 58 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.