Yolu keçmək istəyərkən maşın vurdu, vəziyyəti ağırdı
Tovuzda piyadanın vurulması ilə nəticələn ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mərdan Musayev küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1980-ci il təvəllüdlü Əliyev Hafiz Vaqif oğlu yolu keçmək istəyərkən onu “VAZ 2107” markalı avtomobil vurub.
Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxansına yerləşdirlib. Xəstəxandan bildrilib ki, 39 yaşlı H.Əliyevin vəziyyəti orta-ağır olaraq qalır.
Faklta bağlı araşdırma aparılır.
725