Yolu keçərkən 23 yaşlı qızı maşın vurdu
10 aprel 2019 17:41 (UTC +04:00)

Yolu keçərkən 23 yaşlı qızı maşın vurdu

Sumqayıtda xəsarətlə nəticələnən yol qəzası baş verib.
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb. “Hyundai” markalı avtomobil yolu keçmək istəyən şəhər sakini, 1996-cı il təvəllüdlü Cəfərova Zeynəb Möhlət qızını vurub. Qəza nəticəsində xəsarət alan Z.Cəfərova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733
avatar

Oxşar yazılar