Yol polisindən bayram həyəcanı: ehtiyatlı olun
30 dekabr 2012 11:37 (UTC +04:00)

Yol polisindən bayram həyəcanı: ehtiyatlı olun

Hər il dekabrın 31-də və yeni ilin ilk günlərində Azərbaycan ərazisində çoxsaylı insan itkiləri ilə nəticələnən dəhşətli yol qəzaları baş verir. Baş Dövlət Yol Polisi İdarəsi bununla əlaqədar sürücülərə müraciət edib. İdarənin şöbə rəisi Kamran Əliyev Lent.az-a açıqlamasında bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə sərxoş sürücülərin avtomobil idarə etməsi və qəzalar törətməsi halları çox olur: “Bir çox halda bayram axşamları sürücülər spirtli içkilər qəbul edərək sükan arxasına əyləşirlər. Bundan başqa, bayram axşamını öz ailəsi ilə keçirməyə çalışan şəxslər nəqliyyat vasitələrini yüksək sürətlə idarə edirlər. Təkcə keçən il dekabrın 31-də Hacıqabul və Oğuz rayonlarında xeyli insanın həlak olması ilə nəticələnən qəzalar baş vermişdi. Hər iki qəzada da ailəsinin yanına tələsən insanlar vardı. Səbəb yüksək sürət həddi və diqqətsizlikdir. Bu il də 7 gün iş yoxdur, insanlar rayonlara, ailələrinin yanına tələsir, ölkə yollarında da intensivlik yüksələcək. Buna görə də sürücülərdən xahiş və tələb edirik ki, sürət həddinə diqqət etsinlər, sərxoş vəziyyətdə sükan arxasına keçməsinlər”.

 

BDYPİ-nin şöbə rəisi onu da bildirib ki, bu gün axşam saatlarından başlayaraq, ölkə ərazisində havanın temperaturu bir qədər də enəcək, bəzi yerlərdə qar yağacaq: “Buna görə də dağlıq və dağətəyi rayonlara səfər edən sürücülərə bildirmək istəyirik ki, nəqliyyat vasitələrində qış hazırlığına görsünlər, təkərlərə, maşının maye ilə işləyən cihazlarına baxsınlar. Gecə və səhər saatlarında yollarda donuşluq olur, bəzən isə yol açıq olur, lakin sürücülər sürüşkənliyi hiss etmirlər. ən çox da belə vəziyyət körpülərin üstündə yaranır. Körpülərin altından da hava keçdiyinə görə, burada buzlaşma daha tez baş verir və sürüşmə ehtimalı çox böyükdür. Ona görə də sürücülər körpülərin üstündən keçərkən ehtiyatlı olmalıdırlar, əyləci basmaq, kəskin hərəkətlər etmək qətiyyən olmaz. Bu yaxınlarda Xaçmaz rayonunda da körpünün üstündə əyləcdən istifadə dən sürücü 2 nəfərin ölümü ilə nəticələnən qəza törətmişdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2525

Oxşar yazılar