Qazax rayonunda günün müxtəlif saatlarında insanların rahatlığını pozan avtoqxuliqanlar saxlanılıb.
Lent.az Report-a istinadən xəbər verir ki, Qazax DYP əməkdaşlarının keçirdiyi reyd zamanı 6 sürücü müəyyənləşib.
Onlardan biri Bakı, digərləri isə Qazax və Ağstafa sakinləridir. "VAZ, "Opel", "Mercedes" markalı avtomobillərlə sürət həddini aşıb, təhlükəli vəziyyət yaradan gənclər maşınları ilə birgə polis şöbəsinin müvəqqəti duracağına gətirilib. Reyd zamanı 3 sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunub.
Bununla yanaşı, qaydaları pozan avtomobil sahibləri də müəyyənləşib. Qazax DYPB-nın rəisi Eldəniz Həsənov saxlanılan sürücülər haqqında müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərildiyini bildirib.
Məhkəmənin qərarına əsasən onları 25 sutka həbs cəzası gözləyir.