Yıxıldı, dəmir parçası sinəsinə batdı
24 iyul 2016 00:20 (UTC +04:00)

Yıxıldı, dəmir parçası sinəsinə batdı

Gəncə şəhər sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1956-cı il təvəllüdlü Vilayət Hacıyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

 

Yaxınlarının sözlərinə görə, V. Hacıyev yaşadığı evin həyətində yıxılaraq dəmir parçası onun döş qəfəsinə batıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

Oxşar yazılar