Daxili İşlər Nazirliyi Yevlaxda baş verən qətllə bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, avqustun 12-də Yevlax şəhərində yerləşən çayxanalardan birində şəhər sakini Sadiq Məmmədov münaqişə zəminində həmyerlisi Valeh Musayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. V.Musayev hadisə yerində ölüb.
S.Məmmədov Yevlax Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
****
Yevlaxda qətl hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, , Yevlax şəhər sakini 1992-ci il təvəllüdlü Məmmədov Sadiq Cəlil oğlu çalışdığı çayxanada baş verən münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla çayxananın sahibi, 45 yaşlı Musayev Valeh Sabir oğlunu bıçaqlayaraq öldürüb.
Yevlax rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, hadisə yerində saxlanılan S. Məmmədov ilkin dindirmə zamanı əməlini etiraf edib.
Yevlax rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.