Yevlaxda avtobusla yük avtomobili toqquşub
03 fevral 2016 19:00 (UTC +04:00)

Yevlaxda avtobusla yük avtomobili toqquşub

0

Yevlax şəhərində sərnişin avtobusu ilə yük avtomobili toqquşub APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Yevlax şəhərinin mərkəzindən keçən hissəsində baş verib.

 

Şəki-Bərdə marşrutu ilə hərəkət edən, Əvəz Nəcəfovun idarə etdiyi 20 BS 866 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin avtobusu Sakit Həsənovun idarə etdiyi 36-BG-151 dövlət nömrə nişanlı “Ford” markalı yük avtomobili  ilə toqquşub. Nəticədə yük avtomobilində olan 2 sərnişin xəsarət alıb.

 

Faktla bağlı Dövlət Yol Polisinin müvafiq bölməsi araşdırma aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar