
Yevlax Mərkəzi Xəstəxanasındakı yanğın söndürüldü - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
0
0
Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb. Lent.az-ın FHN-dən aldığı məlumata görə, yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyyə olunub. Ölən və xəsarət alan yoxdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
15:32
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax Rayon Mərkəzi Xəstəxanasında tüstülənmə müşahidə olunur. Lent.az-ın FHN-dən aldığı məlumata görə, DYMX-nin yanğınsöndürmə qüvvələri və Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
15:16
Yevlax Mərkəzi Rayon Xəstəxanasında yanğın başlayıb.
APA-nın yerli bürosunun verdiyi məlumata görə, yanğınla bağlı xəstəxanadakı xəstələr təxliyə olunub. Onlar Ağdaş rayon, Mingəçevir və Gəncə şəhər xəstəxanalarına köçürülüblər.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
0
0