YENİ LAYİHƏ: kosmosdan enerjini simsiz ötürəcək
31 oktyabr 2019 19:16 (UTC +04:00)

YENİ LAYİHƏ: kosmosdan enerjini simsiz ötürəcək

 
 
ABŞ Hərbi Hava Qüvvələrinin tədqiqat bölməsi və “Northrop Grumman” şirkəti arasında kosmosdan simsiz enerji ötürmə sisteminin yaradılması üçün tədqiqatların aparılması və avadanlığın hazırlanması haqqında müqavilə imzalanıb. Layihə “SSPIDR” (Space Solar Power Incremental Demonstrations and Research) adlanır.
 
Lent.az “ictnews”a istinadla xəbər verir ki, layihənin məqsədi günəş enerjisini radiodalğalı şüalanmaya çevirərək onu yerüstü siqnal qəbuletmə stansiyalarına ötürəcək yüksək səmərəli günəş panellərinə malik kosmik aparatın yaradılmasından ibarətdir.
 
Yerdə şüalanma elektrik enerjisinə çevriləcək. Müqavilənin dəyəri 100 milyon dollardan çoxdur.
 
 
 
Sistemin tətbiqi barədə ətraflı məlumat verilmir. Lakin sistemdə mikrodalğalı şüalanmadan istifadə ediləcəyi ehtimal olunur. Ondan enerjinin məsafəli ötürülməsi üçün istifadə ideyası 1945-ci ildə Sovet alimi Semyon Tetelbaum tərəfindən təklif olunub. Sonrakı illərdə bu istiqamətdə tədqiqatlar ABŞ-da aparılmaqla 1964-cü ildə tədqiqatçı Uilyam Braun şüalanmanın elektrik enerjisinə çevrilməsi üçün rektennanı (simsiz antena) yaradıb və enerjinin vertolyot modelinə ötürülməsini nümayiş etdirib.
 
 
 
Günəş enerjisinin kosmosdan ötürülməsi üçün mikrodalğalı şülanmanın tətbiqi ilə bağlı ideya ötən əsrin 70-ci illərindən müzakirə edilir, lakin onun praktiki tətbiqinə şübhə ilə yanaşılıb. Belə ki, ABŞ Kosmik Agentliyinin (NASA) 1978-ci ildə apardığı hesablamalara görə, enerjinin orbitdən 2,45 QHs tezliyində dayanıqlı ötürülməsi üçün antenalı peykin diametri 1 km, Yerdəki rektennanın uzunluğu isə 10 km təşkil etməlidir. Antena və rektennanın ölçülərini qısa dalğa uzunluqlarından istifadə zamanı azaltmaq mümkündür, lakin belə şüalanma atmosfer tərəfindən udulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048
avatar

Oxşar yazılar