Yanvarın 9-da Abşeron rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, yeni tikilmiş fərdi yaşayış evlərindən birində 1990-cı il təvəllüdlü Cəfərova Ləman Tahir qızı özünü asıb. Gənc qızın asılı vəziyyətdə qalmış meyiti evin damında aşkarlanıb.
Məlumata görə, 23 yaşlı L.Cəfərova yeni ailə həyatı qurubmuş.
Faktla əlaqədar cinayət işi açılıb. Araşdırmalar aparılır.