Yəmənin Ədən şəhərinin havadan bombardman edilməsi nəticəsində 45 dinc sakin həlak olub.
APA-nın xəbərinə görə, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.
Məlumata görə, şəhərin şimal hissəsindəki ticarət mərkəzinə düşən bombalar 45 nəfərin həyatına son qoyub.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri martın sonundan etibarən Yəməndə hakimiyyəti ələ keçirən “Ənsər Allah” (husilər) hərəkatının mövqelərinə hava zərbələri endirir.