Yavər Camalov Serbiya səfirini qəbul etdi
01 noyabr 2013 17:08 (UTC +04:00)

Yavər Camalov Serbiya səfirini qəbul etdi

Noyabrın 1-də müdafiə sənayesi naziri Yavər Camalov Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviçi qəbul edib.

Lent.az-ın məlumatına görə, Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan ilə Serbiya arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib. 

Səfir səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688
avatar

Oxşar yazılar