Bakıda saxta pul hazırlayan və bu pullarla alver eləyən şəxslər tutulub. Lent.az-ın məlumatına görə, son günlərdə paytaxtın müxtəlif ərazilərində, xüsusilə Yasamal rayonu ərazisində ticarət obyektlərində satıcılara saxta pul (əsasən 20 manatlıq) verilməsi halları aşkarlanıb və bununla bağlı polisə müraciətlər daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulla alver edən şəxslərdən biri, 1981-ci il təvəllüdlü Hümbətov Taleh İlham oğlu saxlanılıb. Bundan sonra onunla əlbir olan Məhərrəmov Çingiz Nadir oğlu və Nəcəfov Firudin Taleh oğlu da müəyyən edilərək yaxalanıb. Onlardan xeyli miqdarda saxta pul götürülüb.
Araşdırmalar davam etdirilir.