Yasamalda qəza: 3 nəfər xəsarət aldı
16 dekabr 2014 07:14 (UTC +04:00)

Yasamalda qəza: 3 nəfər xəsarət aldı

0

APA -nın məlumatına görə qəza rayonun Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Emin Kazımov idarə etdiyi "Daewoo" markalı maşınla hərəkətdə olan zaman  qarşısına piyadanın çıxması nəticəsində idarəetməni itirərək yolun əks istiqamətinə keçib. O, Məlik Əliyevə  məxsus "KİA" markalı avtomobillə  toqquşub. Zərbənin təsiri nəticəsində avtomobil yol kənarından çıxıb.

 

Qəza törətmiş avtomobilin   sürücü və sərnişini ilə  yanaşı digər avtomobildəki sərnişin də yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib. Qeyd edək ki, qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar