Yasamalda aşkar edilən meyitin kimə məxsus olduğu müəyyən edilib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də A.Şərifzadə küçəsində tapılmış meyitin Gürcüstan vətəndaşı Faiq Cəfərov olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.