Lent.az- ın məlumatına görə, qəza rayonun Zivər bəy Əhmədbəyli küçəsində qeydə alınıb. “Volkswagen"in sürücüsü Nadir Fərəcov qarşısına maneə çıxması səbəbindən idarəetməni itirib.
Nəticədə o, maşını yol kənarında dayanmış Nağıyev Yaquba məxsus "VAZ 2107"ə çırpıb.
Zərbənin təsiri nəticəsində avtomobil yoldan çıxaraq qəzet köşkünə çırpılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisə yerinə dərhal Yasamal Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.
Fərahim Qasımov